Neymardan 2-ci yer: 66 min mükafat
25.10.2023 - 09:09
Braziliya millisinin və “Əl-Hilal”ın futbolçusu Neymar növbəti qazancını əldə edib.
Apasport.az xəbər verir ki, cənubi amerikalı hücumçu poker turnirində uğura imza atıb.
Zədə üzündən meydanlardan kənar qalan Neymar onlayn keçirilən “PokerStars Titans Event”də mübarizə aparıb. O, iştirak üçün 5,2 min dollar üzvlük haqqı ödəyib.
İkinci yeri tutan braziliyalı 66 min mükafata sahib çıxıb. 59 poker ustasının qatıldığı turnirin qalibi adını litvalı Dominikas Mikensonas qazanıb. O, 91 min dollar əldə edib.
Qeyd edək ki, zədələnən Neymar uzun müddətə sıradan çıxıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
1
0