Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb
28.04.2025 - 08:35
Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb

Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" "Eyüpspor"un qonağı olub.

Apasport.az xəbər verir ki, Viktor Osimhen 29-cu dəqiqədə Sallainin qoluna assistentlik edib, 71-ci dəqiqədə isə qola imza atıb.

Ulduz futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 36 matçda 31 qol vurub, 8 məhsuldar ötürmə edib.

Beləliklə, Osimhen karyera rekordunu yeniləyib. 

Osimhen daha əvvəl 2022-2023 mövsümündə "Napoli"də 31 qol vurmuşdu. 26 yaşlı futbolçu bu mövsüm 36 matçda bu rəqəmə çatıb.

Qeyd edək ki, nigeriyalı forvard mövsüm bitmədən bir qol vursa, karyera rekordunu yeniləyəcək.