“Çelsi”nin futbolçusu Koul Palmer baş məşqçidən üzr istəyib.
Apasport.az saytı xəbər verir ki, buna səbəb onun tullandığı su butılkası Maurisio Poçettinoya dəyməsidir.
Hadisə İngiltərə Premyer Liqasının “Arsenal”la oyununda baş verib. Palmer həmin anı belə xatırlayır: “Rəqib ikinci qol vuranda su içmək istədim. Amma butılkanı atarkən onun baş məşqçiyə dəydiyini gördüm. Ondan həmin anda və oyundan sonra üzr istədim. Bu hadisədən sonra məni qovmayacağına ümid edirəm”.
Qeyd edək ki, “Çelsi” “Arsenal”la görüşdə 2:0 hesabı ilə öndə olsa da qonaq komanda sona yaxın iki qol vuraraq, bir xal qazana bilib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı