
İngiltərə Premyer Liqası təmsilçilərindən “Sounthempton”un forvardı Paul Onuaçu karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Trabzonspor” yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, komanda ötən mövsümü icarə əsasında heyətində iştirak edən hücumçunu birdəfəlik transfer etmək niyyətindədir.
Super Liqa təmsilçisi 30 yaşlı forvard üçün 7 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm Çempionşipə düşməsi dəqiqləşən “Sounthempton”un heyətində iştirak etdiyi 26 rəsmi qarşılaşmada 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.