PSJ-nin ulduzu üçün 100 milyon avro
26.04.2025 - 13:12
PSJ-nin ulduzu üçün 100 milyon avro

PSJ-nin futbolçusu Dezire Due “Mançester Siti”nin hədəfinə çevrilib.

Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, parislilər Dueni satmaq niyyətində deyil.

Əks halda onlar bu transferə görə "şəhərlilər"dən ən azı 100 milyon tələb edəcəklər.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm PSJ-nin heyətində 46 oyunda 13 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2029-cu ilin yayına kimi müqaviləsi var.