Türkiyənin "Qalatasaray" klubu heyətini məşhur futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Tottenhem"in kapitanı Son Hın-mini heyətinə qatmaq istəyir.
"Qalatasaray" mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatan və azad agent statusunda olacaq cənubi koreyalı vingerlə müqavilə imzalamaq üçün onunla danışıqlara başlayacaq.
Qeyd edək ki, "Tottenhem" Son Hın-mini 2015-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir