“Qalatasaray”ın futbolçusu yol üstə
13.09.2023 - 19:02
“Qalatasaray”ın futbolçusu Dries Mertens Türkiyədən ayrılmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək.
Səudiyyə Ərəbistanı kimi, əmirlik ölkəsində də klublar transferlərə böyük büdcələr ayırmağa başlayıblar. Yarımada təmsilçilərindən gələn təklifləri dəyərləndirdiyini deyən Belçika millisinin üzvü yaxın günlərdə Asiyada görünə bilər.
Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”a qoşulan Mertens 42 matça 9 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0