“Səudiyyə Ərəbistanına gedən futbolçuları başa düşürəm. Onlara təklif edilən məbləğlər inanılmazdır”.
Apasport.az saytı xəbər verir ki, Madrid “Atletiko”sunun futbolçusu Antuan Qrizmann deyib.
32 yaşlı fransalı tanınmış futbolçularına Səudiyyə Ərəbistanı çempionatına keçidini şərh edib. Bunu normal qarşıladığını vurğulayan Qrizmann bildirib ki, oyunçular karyeralarının qısa olması səbəbindən bu addımı atırlar: “Futbolçular sabahını düşünür və övladlarının gələcəyi üçün sərmayəni fikirləşir. Bu da onları maliyyə şərtləri yaxşı olan klublara getməyə məcbur edir. Unutmayın ki, futbolçu karyerası elə də uzun bir zamanı əhatə etmir. Sən məhz nə qazanırsansa, əsasən bu dövrdə əldə edə bilirsən”.
O, Ərəbistan yarımadasından çox ABŞ-da karyerasının davam etdirməyə tərəfdar olduğunu açıqlayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı