Qvardiola Kroosu yanına gətirmək istəyir
15.10.2023 - 11:28
Toni Kroos İngiltərəyə köçə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçini transfer etməyi planlaşdırır.
33 yaşlı almanın Madrid "Real"ı ilə müqaviləsi mövsümün sonunda başa çatır. İngilislər təcrübəli futbolçuya mövsüm başına 15 milyon avro ödəməyə hazırdırlar. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bu transferdə maraqlıdır. Onlar 2013/14 mövsümündə "Bavariya"da birlikdə çalışıblar.
Qeyd edək ki, bu mövsüm 11 matçda meydana çıxan Kroos 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0