Daha bir gənc futbolçunun yaşını azaldırılmasına şübhə edilir.
Apasport.az saytı xəbər verir ki, Madrid "Real"ının keçmiş skautu Manolo Romero "Palmeiras"ın hücumçusu Endrikin 17 yaşında olduğuna inanmır.
Skaut futbolçu ilə bağlı bildirib ki, onunla bağlı haqqında həmişə şübhələri olub və onu “lipa” sayır: “Bunun səbəbi onun fiziki cəhətdən çox güclü olması ilə bağlıdır. Avropaya ondan yaşı böyük gələn Radamel Falkaonu xatırlayıram. Məncə, bu futbolçunun yaşının düzgünlüyünün araşdırılmağa ehtiyacı var”.
Qeyd edək ki, “Kral klubu” Endriki 2022-ci ildə transfer edib. Gənc forvard 2024-cü ildə 18 yaşı tamam olduqdan sonra Madridə gəlməsi planlaşdırılır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı