Kriştiano Ronaldo yeni geyim tərzi ilə dünya mediasında gündəm olub.
Apasport.az saytı xəbər verir ki, 38 yaşlı portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının Müstəqillik Günü münasibəti ilə çəkilən videoda yer alıb.
Hazırda karyerasını bu ölkənin “Əl-Nəsr” klubunda davam etdirən futbolçu ərəb milli geyimini geyinib və əlində qılınc tutub. Sözügedən video qısa zaman içərisində sosial şəbəkələrdə milyon baxış sayına çatıb.
Qeyd edək ki, Ronaldo kimi Lionel Messi də ərəb milli geyimi ilə kameralar qarşısına keçmişdi. O, 2022-ci ildə Qətərin ev sahibliyi etdiyi dünya çempionatının mükafatlandırma mərasimində məhz bu geyimi geyinməyə razı olmuşdu.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı