“Bellinqem adını “Real”ın tarixinə yazdıra biləcək. Onun 20 yaşında göstərdiyi performans sadəcə möhtəşədir”.
Apasport.az saytı xəbər verir ki, bunu “Liverpul”un keçmiş futbolçusu Qrem Sunnes “Real”ın üzvü Cud Belliqemin oyununu dəyərləndirərkən deyib.
70 yaşlı şotlandiyalı bildirib ki, çox nadir hallarda futbolçu tərifləyir: “Ancaq etiraf etməliyəm ki, Cudun yeni mövsümə verdiyi start məni çox təəccübləndirdi. O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir. Fikrimcə, ingiltərəli futbolçuda ”Kral klubu”nun liderlərindən olacaq potensialı da var. Bu gəncin oyunu mənə zövq verir”.
Qeyd edək ki, Bellinqem 2023/24 mövsümündə La Liqada 4 matçda iştirak edərək, aktivinə 5 qol və 1 məhsuldar ötürmə yazdırıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı