Sampaoli Fransa klubunda
12.11.2024 - 10:42
Fransanın “Renn” klubunun yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisinin sükanı Xorxe Sampaoliyə tapşırılıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Sampaoli daha əvvəl Fransada “Marsel”də işləyib. Mütəxəssis son olaraq Braziliyada “Flamenqo”ya rəhbərlik edib. 64 yaşlı məşqçi 2023-cü ilin sentyabrından işsiz idi.
“Renn” Fransa Liqa 1-də 11 turdan sonra 11 xalla 13-cü sıradadır. Klubda bir neçə gün əvvəl baş məşqçi Julyen Stefan ilə yollar ayrılıb.
0
0