"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço geri addım atıb.
Apasport.az saytı xəbər verir ki, 23 yaşlı forvard komandanın baş məşqçisi Erik ten Haqın tənqidlərinə cavab olaraq sosial şəbəkə səhifəsindən etdiyi paylaşımı silib.
İngiltərə millisinin üzvünün sentyabrın 16-da niderlandlı mütəxəssislə görüşəcəyi açıqlanıb. Futbolçunun klubdakı taleyinin həll olunacağı görüş öncəsi Sançonun bu addımı atması azarkeşlər tərəfindən müsbət qarşılanıb. Gənc futbolçunun sözlərinə görə üzr istəyərək bağışlanacağı ehtimal edilir.
Qeyd edək ki, Haq onun məşqlərdə yaxşı çalışmadığı üçün əsas heyətə düşmədiyini deyib. Cordan isə baş məşqçini yalan danışmaqla ittiham edən postlar paylaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı