“Beşiktaş” baş məşqçi Şenol Günəşlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.
Konfrans Liqasının “Luqano” ilə matçından sonra klub prezidenti Ahmet Nur Çebi ilə görüşən 71 yaşlı mütəxəssis istefa verib. Klub prezidenti isə növbədənkənar ümumi yığıncaq keçirilməsi barədə qərar qəbul edib.
Buna səbəb “Beşiktaş”ın uğursuz çıxışıdır. Evdə “Luqano”ya 2:3 hesabı ilə uduzan İstanbul klubu iki top fərqi ilə öndə olsa da, baş məşqçinin əvəzetmələrindən sonra üç top buraxıb.
Qeyd edək ki, 2015-19-cu illərdə də “Beşiktaş”ı çalışdıran Günəş 2022-ci ilin oktyabrında kluba qayıtmışdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı