Səudiyyə Ərəbistanından DÇ üçün rəsmi müraciət
09.10.2023 - 16:49
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi yolunda mühüm addım atıb.
Apasport.az xəbər verir ki, onlar 2034-cü ildə keçiriləcək çempionat üçün FİFA-ya ərizə ilə müraciət edib.
Rəsmilər bəyan edib ki, bu, FİFA-ya üzv olan 70-dən çox assosiasiyadan dəstək aldıqdan sonra atılan bir addımdır. Məktubda deyilir: “Biz futbol vasitəsilə dünyanı birləşdirməyə kömək edəcək ən rəqabətli təklifi təqdim etmək üçün çox çalışırıq”.
Qeyd edək ki, Asiyada sonuncu dəfə 2022-ci ildə mundial keçirilib. Həmin vaxt bir başqa ərəb ölkəsi Qətər yarışların finalına ev sahibliyi edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0