Simeone maaşının azalmasına razılaşıb
01.11.2023 - 00:49
Madrid “Atletiko”su baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə bağlamağa yaxındır.
Apasport.az xəbər verir ki, tərəflər arasında hazırki müqavilə mövsümün sonunda bitəcək.
Yayılan xəbərlərə görə, yeni razılaşmada argentinalı mütəxəssisin məvacibi 20-30 faiz azalacaq. Simeonenin illik 12-13 milyon avro qazanması gözlənilir. İlin sonunadək rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, Dieqo 2011-ci ildən “Atletiko”ya başçılıq edir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0