
"Liverpul"un baş məşqçisi Arne Slot daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, Mersisayd təmsilçisinin sükanı arxasında Premyer Liqada keçirdiyi ilk 10 matçda 8 qələbə qazanaraq bu uğuru əldə edib.
İndiyə qədər heç bir mütəxəssis "Liverpul"da bu qədər uğurlu nəticə göstərməyib.
Slotun komandası “İpsviç”, “Brentford”, “Mançester Yunayted”, “Vulverhempton”, “Bornmut”, “Kristal Pelas”, “Çelsi” və “Brayton” üzərində qələbə qazanıb, “Nottingem Forest”ə evdə uduzub, “Arsenal”la səfərdə heç-heçə oynayıb.
Qeyd edək ki, "Liverpul" 10 turdan sonra 25 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində liderdir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?