Super Liqada növbəti ayrılıq
06.11.2024 - 18:55
Super Liqada növbəti ayrılıq

Türkiyə Super Liqasında növbəti ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, "Kasımpaşa" Sami Uğurlu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Ayrılığın səbəbləri barədə detallı məlumat yayılmayıb. İstanbul təmsilçisi 11 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

46 yaşlı mütəxəssis "Alanyaspor"la müqavilə imzalayıb.

Qeyd edək ki, Türkiyədə mövsüm start götürəndən 89 gündə 8-ci dəfə baş məşqçi vəzifəsini tərk edib.

0