TFF "Qalatasaray"ın tələbini rədd etdi
25.11.2024 - 22:20
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın tələbini rədd edib.
Apasport.az xəbər verir ki, ölkənin futbol qurumu "Cimbom"un "Eyüpspor"la matçını dekabrın 2-də oynamaq təklifini qəbul etməyib.
Bildirilib ki, görüş öncədən nəzərdə tutulduğu kimi, dekabrın 1-də baş tutacaq.
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının V turunun "AZ Alkmaar"la oyununa görə TFF-yə müraciət ünvanlamışdı.
0
0