"Trabzonspor"un futbolçusu "Beşiktaş"ın radarına düşüb
28.04.2025 - 16:12
"Trabzonspor"un futbolçusu "Beşiktaş"ın radarına düşüb

“Beşiktaş” heyətini "Trabzonspor"un futbolçusu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Oleksandr Zubkovu transfer etmək istəyir. 

“Qartallar” ukraynalı futbolçunun keçidini bu yay tamamlamaq niyyətindədir. Zubkov daha əvvəl “Şaxtyor”, “Mariopol”, “Ferentsvaroş” komandalarında çıxış edib.

Qeyd edık ki, 28 yaşlı futbolçunun Qara dəniz təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.