"Benfika"nın futbolçusu Orkun Kökcü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul"un baş məşqçisi Arne Slot "Feyenoord"da birlikdə çalışdığı 23 yaşlı orta xətt oyunçusunu yanına aparmağa çalışır. Portuqaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir.
"Benfika" Orkun Kökcünü ötən ilin yayında "Feyenoord"dan 25 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU