Ukraynalı futbolçu “Bavariya”nın hədəfində
17.10.2023 - 22:24
Ukraynalı yarımmüdafiəçi Viktor Tsıqankov “Bavariya”nın maraq dairəsinə düşüb.
Apasport.az-ın məlumatına görə, Münhen klublarının skautları onun çıxış etdiyi “Jirona”nın oyunlarını izləyib.
İspan klubu 30 milyon avro qarşılığında Ukrayna yığmasının üzvü ilə ayrılmağa hazırdır. Bu satışdan əldə olunan gəlirin 50 faizi Viktorun əvvəlki klubu Kiyev “Dinamo”sunun hesabına köçürüləcək.
Qeyd edək ki, Tsıqankov bu ilin yanvar ayında 5 milyon avroya transfer olunub. O, “Jirona”nın heyətində 8 oyundan bir qol və bir ötürmə ilə yadda qalıb.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0