Vinisius 2 illik cəza ala bilər
23.04.2025 - 10:29
Vinisius 2 illik cəza ala bilər

"Real"ın hücumçusu Vinisius FİFA tərəfindən cəzalandırıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

24 yaşlı oyunçu bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir. İddialar sübut olunarsa, o, 2 ilə qədər futboldan uzaqlaşdırıla bilər.

Qeyd edək ki, Vinisius 2018-ci ildən Madrid təmsilçisinin futbolçusudur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.