2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Kapadokya bölgəsində gerçəkləşən təlim-məşq toplanışındakı növbəti sınağında “Kasımpaşa” ilə üz-üzə gəliblər.
Üç gün əvvəl aşağı dəstə klubu “Niğdespor”a minimal hesabla (1:0) qalib gələn Yunis Hüseynovun yetirmələrinin Superliqa təmsilçisi ilə sınağı Nevşehir stadionunda baş tutub.
Bakı vaxtı ilə saat 19:30-da start götürən qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə başa çatıb.
"Xəzər Lənkəran" oyuna istəkli başlasa da, ilk hissənin sonlarında qapısından ardıcıl qollar buraxıb. "Kasımpaşa" Malki Büyüksalın qolları sayəsində fasiləyə 2 top fərqi ilə öndə yollanıb.
İkinci hissədə "ağ-yaşıllar" nə qədər çalışsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Nəticədə görüş "Kasımpaşa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yoxlama oyunu
“Kasımpaşa” (Türkiyə) – “Xəzər Lənkəran” (Azərbaycan) - 2:0
Qol: Malki Büyüksal, 42, 44
Hakimlər: Emre Altun, Hüseyin Otyakmaz, Resul Özdemir
Ehtiyat hakim: Selçuk Şahin
Nevşehir stadionu
“Xəzər Lənkəran”: Pavel Kapsa (Orxan Sadıqlı), Manuel Skarlatake, Rasim Ramaldanov (Tural Cəlilov), Ruslan Abışov, İlyas Səfərzadə, Dieqo Qusmao Souza, Rahid Əmirquliyev, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya (Elnur Cəlilov), Rəşad Eyyubov
"Kasımpaşa": Ramazan Köşe, Erhan Kartal, Veysel Sarı, Mert Kula, Ferhat Kiraz, Ryan Donk, Andre de Kastro, Oskar Skarione, Malki Büyüksal, Eren Derdiyok, Tunay Torun
12-ci dəqiqədə "Kasımpaşa" penaltidən istifadə edə bilməyib. Pavel Kapsa zərbəni dəf edib.