[b]Avropada ilk, “Qarabağ”da 5: Armenteros arzusuna Bakıda çatdı[/b] - VİDEO
05.11.2015 - 21:07
[b]Avropada ilk, “Qarabağ”da 5: Armenteros arzusuna Bakıda çatdı[/b] - VİDEO

“Qarabağ”ın futbolçusu Samuel Armenteros avrokuboklarda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, isveçli legioner qitə miqyaslı turnirlərdə ilk qolunu Avropa Liqasının qrup mərhələsinin bu dəqiqələrdə keçirilən IV turu çərçivəsində vurub.

 

Fransa “Monako”su ilə qarşılaşmanın ilk hissəsində vurulan yeganə topun müəllifi bunadək avrokuboklarda qola həsrət idi. Hollandiya “Feyenoord”unda 2, “Qarabağ”da 3 matça çıxan 25 yaşlı hücumçu Avropa Liqasındakı 6-cı oyununda “siftə” edib.

 

Bu qol Armenterosun “Qarabağ”da 5-ci uğurudu. 7 çempionat oyununda 4 dəfə fərqlənən legioner avrokubokda 4-cü matçında ilk dəfə qol sevinci yaşayıb. Bununla, Samuel klubundakı 11-ci matçda 5-ci dəfə rəqib qapısına yol tapıb.