[b]Millimiz kuboku “lotereya”da itirdi[/b] - VİDEO
26.06.2015 - 21:32
[b]Millimiz kuboku “lotereya”da itirdi[/b] - VİDEO

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” turnirini 2-ci yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri bu gün yekun vurulan turnirin son qarşılaşmasında İspaniya ilə görüşüb.

 

Öz qrupunda 1-ci yeri tutan komandaların final oyununun qalibi penaltilər seriyasında müəyyənləşib. Belə ki, 44-cü dəqiqədə Elçin Əsədovun qolu ilə hesabı açan yığmamız üstünlüyünü qoruya bilməyib. 67-ci dəqiqədə Manuel Morlansein vuruğu qol hesabda tarazlıq yaradıb.

 

Nəticədə “Prezident kuboku”nun qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyənləşib. Oyunsonrası “lotereya”da millimizin bəxti gətirməyib. İspaniya millisi 4:1 hesabı ilə qalib gələrək, kuboka yiyələnib.

 

Qeyd edək ki, bu, yığmamızın Astanadakı turnirdə 2-ci finalı olub. 2011-ci ildə həlledici görüşdə Ukrayna ilə görüşən komandamız qolsuz başa çatan matçın penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlmişdi.

0