[b]"Xəzər Lənkəran” vətənə qələbə ilə dönür[/b]
24.07.2015 - 20:45
[b]"Xəzər Lənkəran” vətənə qələbə ilə dönür[/b]

“Xəzər Lənkəran” bu gün Türkiyə toplanışı çərçivəsində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” qardaş ölkədə sonuncu oyunlarını da yerli komandaya qarşı keçirib.

 

Belə ki, Yunis Hüseynovun yetirmələri III liqa təmsilçisi “Derincespor”la qarşılaşıb. Görüş “Xəzər Lənkəran”ın Kapadokiya bölgəsində qaldığı otelin stadionunda baş tutub.

 

Oyunda hesabı Yunis Hüseynovun yetirmələri açıb. 19-cu dəqiqədə yeni transfer L`İmam Seydi fərqlənib. İlk hissənin sonlarında meydan sahibləri bərabərlik qolunu vura biliblər.

 

İkinci hissəyə də üstün başlayan cənublular 62-ci dəqiqədə yenidən önə keçiblər. Bu dəfə də Seydi səviyyəsini ortaya qoyub. Oyun bu hesabla da başa çatıb.

 

Bu oyunla Türkiyə toplanışını başa çatdıracaq cənub klubu ayın 25-də Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində “Niğdespor” (1:0) və “Antalya Kunduspor”a (8:1) qalib gəlib, “Kayserispor”la heç-heçə edib (1:1), “Kasımpaşa”ya isə məğlub olub (0:2).

 

Yoxlama oyunu

 

“Derincespor” (Türkiyə) – “Xəzər Lənkəran” (Azərbaycan) - 1:2

Qol: Aykut, 44 - L`İmam Seydi, 19, 62

 

Kapadokya

 

“Xəzər Lənkəran”: Tərlan Qasımzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Tural Cəlilov, Mahsun Qəmbərli, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Elnur Cəfərov, Vüqar Nadirov, L`İmam Seydi

 

0