“Arsenal”ın sabiq müdafiəçisi Sol Kempbell London meri olamq istəyir. Apasport.az saytının məlumatına görə, 40 şaşlı veteran futbolçu 2016-cı ildə keçiriləcək seçkilərdə Mühafizəkarlar partiyası tərəfindən namizədliyini irəli sürmək niyyətindədi.
O, artıq bu barədə partiya lideri Qrant Şappsla görüş də keçirib. Lakin Kempbell hələ ki, qəti qərar qəbul etməyib.
Qeyd edək ki, futbolçu karyerasına London klubu “Tottenhem”də (1992-2001) başlayan Sol Kempbell “Arsenal” (2001-2006, 2010), “Portsmut” (2006-2009), “Notts Kaunti” (2009) və “Nyukasl”da (2010-2011) forma geyinib. O, 1996-2007-ci illər arasında İngiltərə millisinin heyətində də çıxış edib.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb