AFFA prezidentinin əmrinə əsasən yaradılan Klublar Komitəsinin ilk iclasi keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün “Hilton” otelində baş tutan iclasda assosiasiyanın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak ediblər.
Onlar komitə ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonra görüş yalnız Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə davam etdirilib və olkə futbolunun inkişafi ilə bağli ətraflı muzakirələr aparılıb.
İclasda “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin sədri seçilib.