"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal topuğundakı zədə səbəbindən komandasının heyətindən kənarda qalıb.
Apasport.az xəbər verir ki, La Liqa nəhənginin baş məşqçisi Hans-Diter Flik "Real Sosyedad"la oyundan sonra müsahibəsində Lamin Yamalın durumundan danışıb.
“Yamalın beynəlxalq fasilədən sonra meydana qayıdacağından əmin deyiləm. Hələ ki onun sağlamlıq durumu tam müəyyənləşməyib. Yamal yaxşı olsaydı, bu gün oynayardı, amma şansı yox idi. Həkimimiz onun vəziyyəti ilə bağlı İspaniya milli komandasının tibbi heyəti ilə daim əlaqə saxlayır”.
Qeyd edək ki, "Barselona" ötən gün keçirilən "Real Sosyedad" matçından əliboş qayıdıb - 1:0.