“Yuventus”un başı dərddən qurtulmur
11.10.2023 - 15:36
“Yuventus”un başı dərddən qurtulmur.
Apasport.az xəbər verir ki, Turin klubunun futbolçusu Nikola Fagiolinin qeyri-qanuni mərc oyunlarında iştirak etdiyi iddia olunur.
Turin prokurorluğu və İtaliya Futbol Federasiyası istintaq çərçivəsində oyunçu haqda raport hazırlayıb. Əgər İtaliya millisinin də şərəfini qoruyan 22 yaşlı yarımmüdafiəçinin günahı sübuta yetirilərsə, onu 3 il futboldan uzaqlaşdırılma cəzası gözləyir.
Qeyd edək ki, Fagioli bu mövsüm “qoca sinyora”nın heyətində 6 matça çıxaraq, bir məhsuldar ötürmə edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
1
0