“Qalatasaray”ın keçmiş futbolçusu Nicolo Zaniolonun qanunsuz mərc oynama iddiası əsassız sayıldı.
Apasport.az xəbər verir ki, Turin Baş Prokurorluğunun araşdırması nəticəsində 24 yaşlı oyunçunun elektron cihazlarında futbol matçlarına mərc etdiyinə dair heç bir sübut tapılmayıb.
Mövsümün əvvəlində “aslanlar” dan "Aston Villa"ya transfer olunan futbolçunun komanda yoldaşı da bu iddianın yalan olduğunu dilə gətirib.
Beləki, “Yuventus”un 22 yaşlı oyunçusu Nikolo Facioli özü mərc etdiyini etiraf etsə də, Zaniolo ilə bağlı deyilənləri təkzib edib. Əgər, yeni dəlil ortaya çıxmasa, bəraət hökmünün veriləcəyi bildirilib.
Qeyd edək ki, mərc oyunların təşkili və iştirakı ilə bağlı istintaqa “Yuventus”dan 22 yaşlı Nikolo Facioli, İngiltərənin “Aston Villa” klubundan 24 yaşlı Nikolo Zaniolo və “Nyukasl Yunayted”dən Sandro Tonalinin adları daxil edilmişdi.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA