Nigar Bağırova atıcılıq üzrə dünya kubokunda 16-cı olub
25.03.2008 - 14:02
Rio de Janeyro. Vüqar Xeyrullayev - APA-Sport. Braziliyanın Rio de Janeyro şəhərində keçirilən güllə atıcılığı üzrə dünya kubokunun növbəti mərhələsində azərbaycanlı idmançı Nigar Bağırova 16-ci yerlə kifayətlənib. «APA-Sport» agentliyinin məlumatına görə, tapança ilə 10 metr məsafədən atəş açmaqda Azərbaycan təmsilçisi 378 xal toplayıb. Dörd seriyadan ibarət seçmə mərhələdə 16-cı olan N.Bağırova final mərhələsinə vəsiqə verən 8-ci yerdən cəmi 4 xal geri qalıb.
Qeyd edək ki, seçmə mərhələdə 387, finalda isə 97,8 xal yığan isveçrəli Sandra Kolli yarışın qalibi olub.
Qeyd edək ki, seçmə mərhələdə 387, finalda isə 97,8 xal yığan isveçrəli Sandra Kolli yarışın qalibi olub.
0
0