Tahir Zaman: “Pekin olimpiadasına lisenziya qazana bilməsək, istefa verəcəyəm”
09.04.2008 - 12:15
- Aprelin 12-də Bakıda lisenziya xarakterli son turnir start götürəcək. Yığmamızın bu yarışa hazırlıq səviyyəsi sizi qane edirmi?
- Hazırlıq prosesi çox yaxşı gedir. Biz öncə fiziki, taktiki, texniki planda məşqlər keçirdik. İndi isə psixoloji hazırlığa diqqət yönəldilib.
- Qarşıdakı turnirdə milli komandamızın real gücü nəyə qadirdir?
- Biz xoşbəxtliyi hücumda axtaracağıq. Kəşfiyyat xarakterli həmlələrə bir o qədər də yer vermək lazım deyil. Rəngarəng kombinasiyalar quraraq, qənaətbəxş nəticə əldə etmək istəyirik.
- Sizcə, yığmamızın əsas rəqibi hansı komanda olacaq?
- Əsas rəqibimiz İspaniyadır. Çünki ispaniyalılar reytinq cədvəlində 8-ci pillədə qərarlaşıblar. Eyni zamanda, digər yığmalarla oyunlar da əhəmiyyətə malikdir. Hər bir görüşə final matçı kimi çıxacağıq. Yarışa uzun müddətdir hazırlaşırıq. İnşallah, turnirin gedişində öz gücümüzü sübuta yetirəcəyik.
- Ötən ilin avqustunda Avropa çempionatında məhz İspaniya Azərbaycanın mükafatlara gedən yolunu kəsmişdi. İspaniyalılarla qarşılaşma 2:2 hesabı ilə başa çatdığından yığmamız yarımfinala yüksələ bilməmişdi. Bu dəfə İspaniyadan qisas çıxa biləcəyikmi?
- Azərbaycan milli komandası oyundan-oyuna, necə deyərlər, addım-addım irəliləyir. Həqiqətən, İspaniya ilə matç ağır olacaq. Onlara qalib gəlmək çətindir, amma qeyri-mümkün deyil. Qarşımıza Pekin olimpiadasına lisenziya qazanmaq vəzifəsi qoyduğumuz üçün İspaniyanı mütləq məğlub etməliyik.
- Yığmamızın yeganə lisenziyaya sahib çıxmaq şansını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, şansımız 50 faizə bərabərdir. Bizdən başqa 1992-ci ildə olimpiya çempionu İspaniya da şanslı nəzərə çarpır. Buna baxmayaraq, rəqiblərimizlə sonadək mübarizə aparacağıq. Yenə deyirəm, qarşımıza çətin vəzifə qoyulub. Ancaq bu tapşırığın öhdəsindən gəlmək mümkündür.
- Belə başa düşdüm ki, 50 faiz Azərbaycanın, 50 faiz isə İspaniyanın şansı var. Bəs digər komandaları nəzər almırsınız?
- Açığı, İspaniya, Ukrayna, Belarus, Çili və Keniyanın şansları məni maraqlandırmır. Əsas odur ki, yığmamız 50 faiz şanslıdır. Həm də nəzərə almaq lazımdır ki, bu, idmandır. Turnirdə istənilən nəticə qeydə alına bilər. İnanıram ki, hokkeyçilərimiz öz məsuliyyətlərini tam dərk edərək, qalibiyyət üçün əllərindən gələni əsirgəməyəcəklər.
- Biz indiyədək müsbət cəhətlərdən danışırdıq. Lakin sizin rəhbərlik etdiyiniz kollektiv uğursuzluq da yaşaya bilər. Məsələn, ikinci yeri tutaraq, baş mükafatdan və lisenziyadan məhrum ola bilərik. Belə hal baş verərsə, sizin növbəti addımınız nə olacaq?
- Yarışdan öncə neqativ məqamlara toxunmaq niyyətdə deyiləm. Bu, yetirmələrimə psixoloji təsir göstərə bilər. Bir nüansı qeyd edim ki, əgər bu dəfə alınmasa, Azərbaycan Otüstü Hokkey Federasiyasının rəhbərliyi bütün diqqətini 2012-ci il Yay Olimpiya Oyunlarına yönəldəcək. London olimpiadasına təsnifat turnirlərdə yığmaya mənim başçılıq edib-etməyəcəyimin isə prinsipial fərqi yoxdur.
- Təbii ki, mən də milli komandamızın Pekin olimpiadasına lisenziya qazanmasını arzulayıram. Maraqlıdır ki, siz “istefa” sözünü işlətməkdən çəkinirsiniz. Halbuki, hər bir peşəkar məşqçi uğursuzluqdan sonra istefa verir. Eyni qərarı qəbul etməyə, yəni istefa verməyə sizdə cəsarət varmı?
- Turnirə kompleks hazırlaşmışıq - məşqçilər, oyunçular, federasiya rəsmiləri. Mübarizə yekunlaşdıqdan sonra federasiya rəhbərliyinin qərarı böyük önəm daşıyacaq. Hər halda, bəzi şeyləri özüm üçün dəqiqləşdirmişəm. Olimpiadaya lisenziya qazana bilməsək, istefa verəcəyəm. Lap ikinci yerə layiq görülsək də Azərbaycanda işimi davam etdirməyə həvəsim qalmayacaq.
- Bu, sizin qəti qərarınızdır?
- Əlbəttə. Yarışın qalibi olmasaq, Azərbaycan Otüstü Hokkey Federasiyası rəhbərliyinin fikrinə baxmayaraq, vəzifəmdən gedəcəyəm.
- Otüstü hokkey yığmamız 18 oyunçudan ibarətdir. Yarışda birinci yeri tutacağımız təqdirdə, Pekin olimpiadasına 18 yoxsa, 1 lisenziya qazanacağıq?
- 1 lisenziya. Axı, otüstü hokkey komanda idman növüdür.
- Azərbaycan milli komandasının yerli hokkeyçilərdən təşkil edilməsinə nə mane olur?
- Sizin ölkənizdə hokkey inkişafdadır. Tezliklə yığmada nəsildəyişmə prosesi baş verəcək və yerli oyunçular milli komandanın üzvünə çevriləcəklər. Azərbaycanda bu idman növünün yaxşı gələcəyi var. İndi otüstü hokkeyin sərhədi Bakı ilə məhdudlaşmır, regionlarda da yayılmağa başlayıb. Seçim imkanı çoxaldıqca yığmaya daha güclü və layiq oyunçular cəlb ediləcək.
- Azərbaycanın otüstü hokkey həvəskarlarına deyəcəyiniz hansı sözünüz var?
- Mən azarkeşlərə böyük vədlər verə bilmərəm. Sadəcə, onu deyim ki, rəhbərlik, məşqçilər və oyunçular bütün səylərini səfərbər ediblər. Başlıca məqsədimiz və arzumuz lisenziya qazanmaqdır. Ancaq unutmayaq ki, hər şey Allahın əlindədir.

- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0