Azərbaycan şahmatçıları Avropa çempionatında uğurlu start götürüblər
22.04.2008 - 11:11
Azərbaycan şahmatçıları Avropa çempionatında uğurlu start götürüblər
Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı başlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçıları 9-cu dəfə təşkil olunan yarışda uğurlu start götürüblər.
Kişilərin turnirində Rauf Məmmədov Ruy Damasonu (Portuqaliya), Nicat Məmmədov Vanko Stalenkovu (Makedoniya), Qədir Hüseynov Qriqor Qriqorovu (Bolqarıstan), Eltac Səfərli Aleksandru Barbu Niteleanı (Rumıniya) məğlub edib. Təmsilçilərimizdən yalnız Fərhad Tahirov ilk görüşdə Albert Muratet Kasadevalla (İspaniya) heç-heçə edib.
Qadın şahmatçılarımızın startı da uğurlu alınıb. Birinci tur çərçivəsində Zeynəb Məmmədyarova Marsel Yefromiski (İsrail), Nərgiz Umudova isə Yeva Mozerlə (Avstriya) oyunda xal bölgüsünə razı olub. Nərmin Kazımova Yekaterina Akatovaya (Rusiya), Xəyalə İsgəndərova Adela Kristina Foyserə (Rumıniya), İlahə Qədimova Qrazina Bakalarsa (Lüksemburq), Gülnar Məmmədova Tatyana Molçanovaya (İsveçrə) qalib gəlib. Yalnız Türkan Məmmədyarova turnirin favoritlərindən sayılan Natalya Jukovaya (Ukrayna) uduzub.
11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
0