Azərbaycanın boks yığması mayda beynəlxalq turnirdə iştirak edəcək
22.04.2008 - 16:03
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks üzrə milli komandası Pekin Yay Olimpiya Oyunlarına hazırlığı Bakıda davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Nəriman Abdullayev məlumat verib. Onun sözlərinə görə, komanda tam heyətlə, gündə iki dəfə olmaqla məşq edir. Olimpiadaya vəsiqə qazanan Şahin İmranovla (57 kq) Samir Məmmədovun (51 kq) hazırlığına xüsusi diqqət yetirilir. Komandaya cəlb edilməsi planlaşdırılan dağıstanlı boksçular – Əli Əliyevlə David Arjba təlim məşq toplanışına dəvət almayıblar. Bu boksçular problem yoluna qoyulanadək Rusiyada hazırlıq keçəcəklər. Federasiya rəsmiləri, həmçinin milli komandanın mayda təşkil olunacaq bir neçə beynəlxalq turnirdə mübarizə aparmasını planlaşdırıb.
0
0