Azərbaycan Otüstü Hokkey Federasiyasının rəhbərliyi İspaniya ilə oyunun nəticəsinin ləğv edilməsini istəyir
22.04.2008 - 16:33
Öncə federasiya rəsmiləri, baş məşqçi və jurnalistlər turnirin finalında Azərbaycan və İspaniya (2:3) arasındakı matçda mübahisəli epizodların videogörüntülərini izləyiblər. Hakimlərin yığmamıza qarşı ədalətsizliyə yol verdiklərini bildirən A.Paşayev yaxın günlərdə konkret addım atacaqlarını vurğulayıb. Onun sözlərinə görə, AzHF-nin vitse-prezidenti Namiq Əliyev bununla bağlı Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti Els van Breda Vraysmanla görüşəcək: “Bildiyiniz kimi, Avropa Otüstü Hokkey Federasiyasının prezidenti ispaniyalıdır. Bu baxımdan Azərbaycan – İspaniya matçında hakimlər qələbə qazanmağımıza imkan verməzdilər. Hakimlər belə turnirlərdə sensasiyadan qorxurlar, çünki sonradan cəzalana bilərlər. Qitə hokkey federasiyasında sanki mafiya yaradılıb. Namiq müəllim tezliklə bütün mübahisəli epizodları van Bredaya çatdıracaq. İnanırıq ki, ədalət bərqərar olunacaq və finalın nəticəsi ləğv ediləcək”. A.Paşayev onu da əlavə edib ki, vitse-prezidentin E.Breda ilə görüşəcəyi tarix dəqiq məlum deyil.
Qeyd edək ki, məhz finaldakı məğlubiyyət üzündən Azərbaycan milli komandası Pekin olimpiadasına qatılmaq şansını itirib.
Qeyd edək ki, məhz finaldakı məğlubiyyət üzündən Azərbaycan milli komandası Pekin olimpiadasına qatılmaq şansını itirib.
0
0