Tahir Zaman: “Emosionallığa qapılıb istefa vermişdim, amma sonra fikrimi dəyişdim”
22.04.2008 - 17:20
Lisenziya xarakterli Bakıda keçirilmiş son yarış barədə danışan pakistanlı çalışdırıcı bildirib ki, İspaniyaya 2:3 hesablı məğlubiyyətin kökündə hakim amili durur: “Finalda hakimlərin kobud səhvləri ucbatından uduzduq. İspaniyalılar sərt oynadıqları halda, hakimlər yalnız bizim hokkeyçilərə sarı vərəqələr göstərirdilər. Nədənsə elə ancaq komandamızın üzvləri cəzaya məruz qalırdılar. Qarşılaşmanın böyük hissəsini azlıqda mübarizə apardıq ki, bu da nəticəyə birbaşa təsir göstərdi”. T.Zaman turnir çərçivəsində İspaniya ilə ilk görüşə də toxunub: “Həmin matçda ümumi strategiyamızdan, taktikamızdan, texnikamızdan istifadə etmədik. Fikrimizi finala yönəltdiyimiz üçün ispaniyalılar birinci görüşdə qapımıza 4 cavabsız top vurdular. Buna baxmayaraq, finalda yenidən bu kollektivlə üz-üzə gələrək, nəyə qadir olduğumuzu sübuta yetirdik. Qərəzli, qeyri-obyektiv hakimlik olmasaydı, Pekin olimpiadasına Azərbaycan yollanacaqdı”.
T.Zaman baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirmək istədiyini gizlətməyib: “Azərbaycan Otüstü Hokkey Federasiyasının rəhbərliyi finalın nəticəsinin ləğv edilməsinə çalışacaq. Müsbət və ya mənfi qərarın çıxarılmasından asılı olmayaraq, Azərbaycan hokkeyinin bugünkü səviyyəsi əməkdaşlığı yarımçıq dayandırmağımıza əsas vermir. İstefa qərarımı dəyişmişəm və burada işimi davam etdirmək niyyətindəyəm”.
Qeyd edək ki, 2006-cı ilin noyabrında Azərbaycan yığmasının baş məşqçi postuna təyinat alan T.Zaman aprelin 21-də “APA-Sport”a açıqlamasında lisenziya xarakterli turnirdəki uğursuzluğa görə istefa verdiyini bildirmişdi.

0
0