Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin hesabına 500 min dollar keçirəcək
23.04.2008 - 09:30
Bakı. Elşən Məmmədov-APA-Sport. Bakı şəhəri 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları uğrunda mübarizədə ikinci mərhələyə keçsə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hesabına 500 min dollar keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, bu məbləği həlledici mərhələyə qatılacaq bütün şəhərlər ödəməlidir. 2016-cı il Olimpiadası uğrunda Bakı ilə yanaşı, Çikaqo (ABŞ), Doha (Qətər), Madrid (İspaniya), Tokio (Yaponiya), Rio-de-Janeyro (Braziliya), Praqa (Çexiya) şəhərləri mübarizə aparır. Hər bir şəhər Sifariş Ərizəsini təqdim edərkən, BOK-un hesabına 150 min dollar ödəyib. İkinci mərhələyə keçəcək şəhərlərin adları iyunun 4-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək BOK-un İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0