“Çelsi” tarixində ilk dəfə Çempionlar Liqasının finalına çıxmaq şansı qazanıb
23.04.2008 - 10:09
Liverpul. Elşən Məmmədov-APA-Sport. UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günündə İngiltərənin “Liverpul” və “Çelsi” klubları qarşılaşıblar. Son dörd mövsümdə üçüncü dəfə qitənin ən nüfuzlu klub turnirinin yarımfinalında üz-üzə gələn bu komandalar arasında “Enfild Roud”da keçirilmiş əvvəlki matçlarda “Liverpul” qələbə qazanmışdı. Lakin bu dəfə “Çelsi” son anda məğlubiyyətdən yaxa qurtarıb. 43-cü dəqiqədə Dirk Kuytun qolu ilə hesabda önə çıxan baş məşqçi Rafael Benitesin komandası əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə məyus olub. Londonluların son hücumu zamanı sol cinahdan qapı qarşısına ötürülən topu “Liverpul”un norveçli müdafiəçisi Yon Arne Riise başla öz qapısına göndərib. Səfərdə əldə edilən qənaətbəxş nəticə sayəsində “Çelsi” ilk dəfə ÇL-in finalında çıxış etmək şansını artırıb. Cavab görüşü aprelin 30-da keçiriləcək.
“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 1:1
Kuyt, 43 – Riise, 90+3-öz qapısına
Digər yarımfinal matçı bu gün “Barselona” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) komandaları arasında olacaq.
“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 1:1
Kuyt, 43 – Riise, 90+3-öz qapısına
Digər yarımfinal matçı bu gün “Barselona” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) komandaları arasında olacaq.
0
0