Uşu üzrə Azərbaycan çempionatına yekun vurulub
28.04.2008 - 12:52
Lənkəran. Elşən Məmmədov – APA-Sport. Lənkəran Olimpiya Kompleksinin idman zalında uşu üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, uşu-sanda növündə keçirilən görüşlərdə Bakı şəhəri və regionlardan 260-dək idmançı qüvvəsini sınayıb. Kişilərin mübarizəsində qalib adını Elməddin Əliyev (48 kq), Xəyal Şahnəzərov (52 kq), Sənan Haqverdiyev (56 kq), Rafael Tanrıverdiyev (60 kq), Rövşən Əliyev (65 kq), Pərviz Abdullayev (70 kq), Rza Əmiraslanov (75 kq), Ramin Məmmədov (80 kq), Miremil İbrahimli (85 kq) qazanıblar. 85 kq-dan yuxarı çəkidə isə cəmi bir idmançı – Bəhruz Fərhadov olduğundan, döyüşlər baş tutmayıb. Ümumi komanda hesabında ilk üç yerə Gəncə, Quba və Lənkəran layiq görülüb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0