Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə üçüncü yeri tutub
09.06.2008 - 11:48
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə üçüncü yeri tutub
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Hueska şəhərində şahmat üzrə blits turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda ölkəmizi təmsil edən Azər Mirzəyev fəxri kürsüyə yüksəlməyi bacarıb. Keçirdiyi 7 oyundan 6 xal toplayan həmyerlimiz əlavə əmsallar ucbatından üçüncü yeri tutub. Beynəlxalq qrossmeysterimiz eyni nəticə göstərən Oleq Korneyev (Rusiya) və Anton Kovalyovdan (Argentina) geri qalıb. “Abba” otelində təşkil olunan turnirdə 90 şahmatçı mübarizə aparıb.


0