95 yaşlı yeganə sağ çempion da öldü
22.05.2009 - 16:00
Stenli Kubokunun qalibi olmuş hokkeyçi Klint Smit 95 yaşında dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, mərkəz hücumçusu 1940-cı ildə “Reyncers” klubunun heyətində Stenli Kubokunu qazanmış heyətdən yeganə sağ qalan hokkeyçi idi.
Onun adı 1991-ci ildə Milli Hokkey Liqasının (MHL) Şöhrət Zalına daxil edilib. MHL-də 11 mövsümdə 526 oyun keçirmiş Klint 421 xal toplayıb və yalnız 26 dəqiqə cəzalandırılıb. Mərhum hokkeyçi iki dəfə mövsümün ən yaxşı centlmeni kimi “Ledi Binq Trofi” mükafatına layiq görülüb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0