Azərbaycanlı deputat Almaniyada güləşəcək
25.05.2009 - 15:10
Azərbaycanın usta cüdoçuları Almaniyanın Sindelfingen şəhərində keçiriləcək dünya çempionatında mübariz aparacaqlar. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mayın 28-də start götürəcək yarışda 10 veteran idmançımız çıxış edəcək.
Bunlar Zülfiyyə Hüseynova (70 kq), Elçin İsmayılov (73 kq), millət vəkili Adil Əliyev, Mübariz Cəfərov (hər ikisi 81 kq), Fərhad Rəcəbli, Yaşar Səfərəliyev (hər ikisi 90 kq), Rəsul Sultanov, Azər Əsgərov (hər ikisi 100 kq), Mübariz Pənahov və Vitali Apuşkindir (hər ikisi +100 kq). Çempionata mayın 31-də yekun vurulacaq.
Qeyd edək ki, ötən il Belçikada baş tutan anoloji yarışda veteran cüdoçularımızdan Azər Əsgərov və Zülfiyyə Hüseynova qızıl, Fərhad Rəcəbli gümüş, Mübariz Cəfərov və Tərlan Poladov isə bürünc medal qazanıblar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0