Almaniya millisinin DÇ-2018 üçün yekun iştirak ərizəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv ilkin heyətdə adları yer alan oyunçulardan Bernd Leno, Conatan Ta, Leroy Sane və Nils Peterseni “23-lüy”ə daxil etməyib.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre Ter Ştegen (“Barselona”), Kevin Trapp (PSJ);
Müdafiəçilər: Cerom Boatenq, Mats Hummels, Yozua Kimmix, Niklas Züle (hamısı “Bavariya”), Mattias Ginter (“Borussiya M”), Yonas Hektor (“Köln”), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Çelsi”);
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi “Bavariya”) İlkay Gündogan (“Mançester Siti”), Sami Hedira (“Yuventus”), Toni Kroos (“Real”), Məsut Özil (“Arsenal”);
Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya D”), Timo Verner (“Leyptsiq”), Tomas Müller (“Bavariya”).
Almaniya millisinin kapitanı Manuel Noyer olacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb