"Formula 1"-də ardıcıl qəzalar baş verib - FOTO
13.09.2024 - 14:34
"Formula 1"-də ardıcıl qəzalar baş verib - FOTO

Bakıda keçirilən Azərbaycan Qran-prisində ardıcıl qəzalar baş verib.

Apasport.az xəbər verir ki, "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib.

Həmçinin "Uilyams" pilotu Franko Kolapintonun idarə etdiyi bolid baryerə çırpılıb.

Hər iki qəzadan sonra qırmızı bayraq qaldırılıb və avtomobillər trasdan çıxarılıb.

0