"Sabah" hesabı açdı - YENİLƏNİR
22.12.2025 - 20:03
"Sabah" hesabı açdı - YENİLƏNİR

Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, XVI turun sonuncu matçında "Sabah" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.

Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Misli Premyer Liqası
I dövrə
XVI tur

19:30. "Sumqayıt" – "Sabah" 0:1

Qol: Velko Simiç, 27

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 95. Nsane Simon

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 19. Roi Kehat 10. Nikola Ninkoviç 11. Aleksa Yankoviç

Məşqçi: Veliçko Kaplanoviç

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 88. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 72. Rustam Samiqullin 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas