"Kəpəz" "Sumqayıt"la bacarmadı - YENİLƏNİB
31.07.2025 - 21:15
"Kəpəz" "Sumqayıt"la bacarmadı - YENİLƏNİB

Bu gün Premyer Liqa klubları daha bir yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, "Kəpəz" və "Sumqayıt" sınaq görüşündə üz-üzə gəliblər.

Qəbələ şəhər stadionunda keçirilən oyun saat 18:00-da başlayıb.

Görüş sumqayıtlıların qələbəsi ilə başa çatıb - 2:1.

Maraqlısı budur ki, həmin komandalar Misli Premyer Liqasının I turunda qarşılaşacaqlar.