“Neftçi” evdə "Sumqayıt"la bacarmadı - YENİLƏNİB
15.12.2025 - 20:51
“Neftçi” evdə "Sumqayıt"la bacarmadı - YENİLƏNİB

Misli Premyer Liqasının XV turuna bu gün yekun vurulub. 

Apasport.az xəbər verir ki, turun son matçı "Palms Sports Arena"da baş tutub.

"Neftçi" evdə "Sumqayıt"ı qəbul edib. 

Gərgin keçən matçda ev sahibləri 2:0 hesabı ilə önə keçsələr də, bu üstünlüyü qoruyub saxlaya bilməyiblər. Saşa İliçin rəhbərlik etdiyi kollektiv ardıcıl iki qol vuraraq səfərdən bir xalla qayıtmağı bacarıb – 2:2.

Misli Premyer Liqası

II dövrə, XV tur

15 dekabr

19:00. "Neftçi" – "Sumqayıt" 2:2

Qollar: İmad Faraj, 34, Bassala Sambu, 50 - Nsane Simon, 74, Səbuhi Abdullazadə, 81

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

"Palms Sports Arena"